Başqa saytların sizə verdiyi linklər Google üçün etibar siqnalıdır. Amma bu sahə həm də ən çox cəza alınan sahədir — çünki link almaq asandır, qazanmaq çətindir. Backlink xidmətimiz ikincisi üzərində qurulub.

Necə backlink qazanırıq
Məlumat və araşdırma
Sahənizə aid orijinal rəqəm, sorğu və ya təhlil hazırlanır. Belə material təbii olaraq istinad edilir — çünki başqasında yoxdur. Mövzu üzrə dərinlik qurmaq metodikası: topical authority və kontent klasteri.
Ekspert yazıları
Mövzuya uyğun, real auditoriyası olan nəşrlərdə imzalı material. Kütləvi guest post şəbəkələri ilə işləmirik: bir güclü yerləşdirmə otuz zəifdən qiymətlidir.
Rəqəmsal PR və media
Xəbər dəyəri olan mövzular jurnalistlərə və sahə mediasına təqdim olunur. Nəticə həm link, həm brend adının çəkilməsi olur.
Sınıq link bərpası
Rəqiblərin və sahə saytlarının işləməyən linkləri tapılır, əvəzinə sizin uyğun səhifəniz təklif edilir. Ən sürətli və ən təhlükəsiz metodlardan biridir.
Mövcud əlaqələr
Tərəfdaşlar, təchizatçılar, müştərilər, üzv olduğunuz assosiasiyalar, sponsorluq etdiyiniz tədbirlər. Bu linklər çox vaxt sadəcə tələb edilmədiyi üçün yoxdur.

Backlink qazanarkən işlətmədiyimiz üsullar
Google link spamı belə tərif edir: "sıralamanı manipulyasiya etmək məqsədilə link yaratmaq". Rəsmi siyahıda link üçün pul və ya mal mübadiləsi, həddindən artıq qarşılıqlı linkləmə, avtomatik link proqramları, işarələnməmiş ödənişli məqalələr, aşağı keyfiyyətli kataloqlar, vidjet və altbilgi linkləri, forum şərhləri sadalanır.
Bir vacib nüans: ödənişli linkin özü qadağa deyil. Google onun rel="sponsored" və ya rel="nofollow" ilə işarələnməsini tələb edir. Amma belə link sıralama krediti ötürmür — yəni "follow link satan" təklif elə tərifə görə qayda pozuntusudur. Bunu bilmədən link alan saytlar Search Console-da "Unnatural links to your site" əl ilə tədbiri alır.
Aylıq backlink işi və hesabat
| İş | Nə vaxt | Nəticə |
|---|---|---|
| Backlink profilinin auditi | Başlanğıc | Mövcud vəziyyət və risklər |
| Rəqib profil analizi | Başlanğıc | Real hədəf: hansı mənbələr lazımdır |
| Linkə layiq məzmunun hazırlanması | Aylıq | İstinad edilməyə səbəb |
| Mənbələrə müraciət və danışıq | Aylıq | Yeni yerləşdirmələr |
| Anchor bölgüsünün izlənməsi | Aylıq | Təbii profil, cəza riskinin azalması |
| Yeni linklərin yoxlanması | Aylıq | İtən və dəyişən linklərin bərpası |
| Hesabat | Aylıq | Qazanılan linklər, mənbə keyfiyyəti, dinamika |
Hesabatda backlink sayı tək başına göstərici sayılmır. Hər yerləşdirmə üçün mənbə, mövzu uyğunluğu, yerləşdiyi yer və anchor açıq yazılır — istəsəniz hər birini bir-bir yoxlaya bilərsiniz.
Zərərli backlinkləriniz varsa
Əvvəlki təchizatçıdan qalmış şübhəli backlink profili tez-tez rast gəlinir. Bu halda əvvəlcə real vəziyyət ölçülür: Search Console-da əl ilə tədbir varmı, hansı mənbələr problemlidir, linklər silinə bilərmi.
Disavow faylı isə son çarədir, ilk addım deyil. Google-un öz sözləri ilə bu, "advanced feature"-dir və səhv istifadə saytınıza zərər verə bilər; sənəddə açıq yazılıb ki, əksər saytların bu alətə ehtiyacı yoxdur. Ona görə disavow yalnız real əsas olduqda tətbiq edilir.
Backlink xidmətinin qiyməti nədən asılıdır
- Niş və rəqabət — bəzi sahələrdə keyfiyyətli mənbə tapmaq qat-qat çətindir.
- Aylıq hədəf — neçə yeni yerləşdirmə planlaşdırılır.
- Dil və coğrafiya — yerli, regional, yoxsa beynəlxalq mənbələr.
- Məzmun istehsalı — materialı biz hazırlayırıq, yoxsa sizdən gəlir.
- Mövcud profilin təmizlənməsi — köhnə problemli linklər varsa, əlavə iş.
Paketlərin ümumi əhatəsi: SEO qiyməti.
Linkbildinq tək başına nadir hallarda işləyir. Texniki baza hazır deyilsə, qazanılan linkin təsiri itir — bu halda iş texniki SEO ilə birlikdə və ya SEO xidməti daxilində aparılır.
Tez-tez verilən suallar
Neçə backlink lazımdır?
Sabit rəqəm yoxdur. Hədəf rəqiblərin profilindən çıxarılır: hansı mənbələrdən, hansı keyfiyyətdə və hansı sürətlə. Say hədəfi qoyub ona çatmaq üçün keyfiyyətdən güzəşt etmək ən çox rast gəlinən səhvdir.
Domain Rating / Domain Authority nə qədər olmalıdır?
Bunlar Ahrefs və Moz kimi şirkətlərin öz metrikləridir — Google-un rəsmi göstəricisi deyil. Biz onlardan yalnız ilkin süzgəc kimi istifadə edirik; qərar mövzu uyğunluğu, real trafik və redaksiya keyfiyyətinə görə verilir.
Nə vaxt nəticə görünür?
İlk yerləşdirmələr 3–6 həftə ərzində olur, sıralamaya təsiri isə adətən 2–4 aydan sonra oxunur. Linkin təsiri məzmun və texniki vəziyyətdən də asılıdır.
Nofollow link faydasızdırmı?
Xeyr. Sıralama krediti ötürməsə də, real trafik, brend görünürlüyü və auditoriya gətirir. Təbii profildə həm follow, həm nofollow linklər olur — yalnız follow linklərdən ibarət profil özü şübhəli görünür.
Cəza riski varmı?
Qayda pozuntusu olmayan üsullarla risk minimaldır. Riskin əsas mənbəyi keçmişdə alınmış linklərdir — ona görə iş həmişə mövcud profilin auditindən başlayır.